...

Şimal zonasında Azərbaycan çempionatı

İdman Materials 2 Oktyabr 2014 17:15 (UTC +04:00)
Oktyabrın 4-7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçiriləcək.
Şimal zonasında Azərbaycan çempionatı

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Oktyabrın 4-7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 2014-cü ilin təqvim-planına əsasən Azərbaycan Gənclər və İdman Nazirliyi və federasiya tərəfindən təşkil edilən yarışda 100-ə yaxın velosipedçi iştirak edəcək.

Diqqət çəkən məqam ölkə çempionatında ilk dəfə paytaxt və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançılarının da iştirakıdır.

Bundan başqa, Azərbaycan çempionatın açıq xarakterli olması Gürcüstan yığma komandasının 10 üzvünün də turnirdə mübarizə aparmasına imkan verir.

Ölkə çempionatının proqramı belədir:

04.10.2014
Saat 15:00
Elit/U23/gənclər - 25 km fərdi ötüşmə
U17 - 20 km fərdi ötüşmə
U15 - 10 km fərdi ötüşmə

05.10.2014
Saat 09:00
Elit/U23/gənclər - 126 km qrup ötüşməsi
Saat 16:00
U17 - 84 km qrup ötüşməsi

06.10.14
Saat 09:00
Elit/U23/gənclər - 105 km qrup ötüşməsi
Saat 16:00
U15 - 40 km qrup ötüşməsi

07.10.14
Saat 10:00
Elit/U23/gənclər - 85 km
U17 - 52 km
U15 - 17 km

Məqalədə:
Xəbər lenti

Xəbər lenti