Azərbaycan, Bakı, 8 aprel /Trend/
Münaqişəyə baxmayaraq, Azərbaycan və Ermənistan atletlərinin Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakı pozitiv əlamətdir.
Trend-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Agentliyinə (UNCHR) müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin sabiq sədri, BMT baş katibinin qaçqın gənclər və idman sahəsi üzrə xüsusi elçisi Jak Roqqe bildirib.
O vurğulayıb ki, idman xalqlar arasında körpü salır, qarşılıqlı hörmət və sülh yaradır: "İştirak etdiyim bütün Olimpiya oyunlarında, Olimpiya şəhərlərində müxtəlif millətlərə, dil və dinlərə mənsub olan atletləri birlikdə sülhlə yaşamasını görmüşəm", - deyə J.Roqqe əlavə edib.