...

FIFA DÇ-2018-in Rusiyadan Qətərə keçirilməsi barədə məlumatı təkzib etdi

İdman Materials 11 İyun 2015 13:29 (UTC +04:00)
FIFA 2018-ci il futbol üzrə dünya çempionatının Rusiyadan Qətərə keçirilməsi imkanını nəzərdən keçirmir.
FIFA DÇ-2018-in Rusiyadan Qətərə keçirilməsi barədə məlumatı təkzib etdi

Azərbaycan, Bakı, 11 iyun /Trend/

FIFA 2018-ci il futbol üzrə dünya çempionatının Rusiyadan Qətərə keçirilməsi imkanını nəzərdən keçirmir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə FIFA-nın mətbuat xidmətindən deyiblər.

Qeyd edək ki, daha əvvəl xarici KİV-də yayılmış məlumatda bildirilirdi ki, FIFA Ukraynada münaqişənin gərginləşməsi halında mundialı Rusiyadan Qətərə keçirə bilər.

FIFA-dan bildiriblər ki, bu məlumat həqiqəti əks etdirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti