...

"Ağ rəng Ferrari-yə uğursuzluq gətirəcək"

İdman Materials 17 Fevral 2016 15:33 (UTC +04:00)
Keçmiş "Ferrari" pilotu İvan Kapelli bildirib ki, ağ rəng Ferrari-yə yaxşı nəticələr gətirməz.
"Ağ rəng Ferrari-yə uğursuzluq gətirəcək"

Bakı. Trend:

Keçmiş "Ferrari" pilotu İvan Kapelli bildirib ki, ağ rəng Ferrari-yə yaxşı nəticələr gətirməz.

Trend "F-1.az" saytına istinadən xəbər verir ki, "Ferrari" 2016-cı ildə bolidin daxili detallarından başqa, xarici görünüşündə də dəyişiklik etməyi planlaşdırır.

"Ferrari" neçə ildir ki, Formula 1-də qırmızı və az da olsa qara rənglə yarışır. Amma italyanlar bu il ağ rəngdən daha çox istifadə edə bilərlər. Hətta jurnalistlərin böyük əksəriyyəti bu il mühərrik qapağının ağ rəngdə olacağını bildiriblər.

İ.Kapelli bu barədə fikirlərini bildirib: "Mən Ferrari-nin yenidən ağ rəngdən istifadə edəcəyini eşidəndə təəccübləndim. Amma ağ rəng Ferrari-yə uğur gətirməyəcək. Bilirəm, qırmızı-ağ rəng Ferrari-yə uğur gətirib, amma əfsanəvi dövr sonrakı illərdə olub. Maranello 1993-cü ildən etibarən ağ rəngi yavaş-yavaş yox elədi və ənənəvi rəngə qayıtdı. Ondan sonra ağ rəng hər il bir az da azaldıldı və hər il daha uğurlu nəticələr əldə edildi".

Xəbər lenti

Xəbər lenti