...

Marina Durunda: Əsas vəzifə Bakıda Dünya Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir

İdman Materials 18 İyul 2016 17:22 (UTC +04:00)
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı layiqincə təmsil etmək bizim əsas vəzifəmizdir.
Marina Durunda: Əsas vəzifə Bakıda Dünya Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı layiqincə təmsil etmək bizim əsas vəzifəmizdir.

Bunu Trend-ə Azərbaycan gimnastı Marina Durunda deyib.

Onun sözlərinə görə, idmançılara Rio olimpiadası ərəfəsində maksimum hazırlıqlarını göstərmək, Azərbaycanı layiqincə təmsil etmək və proqramın bütün 4 növü üzrə sabit çıxış etmək lazımdır: "Mən doğma divarların kömək edəcəyinə ümid edirəm, bununla yanaşı, məsuliyyət böyükdür. Əlbəttə, gərginlik hiss olunur, lakin bunun öhdəsindən gəlmək lazımdır".

Əsas rəqiblərinə gəlincə, M.Durundanın sözlərinə görə, onların arasında Rusiya, İsrail və Bolqarıstandan gimnastlar olacaq.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti