...

Marina Durunda: Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır

İdman Materials 23 İyul 2016 14:05 (UTC +04:00)
Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır.
Marina Durunda: Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır

Bakı. Trend:

Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır.

Bunu Trend-ə azərbaycanlı gimnast Marina Durunda deyib.

Onun sözlərinə görə, fiziki hazırlıq yaxşı səviyyədə olsa da, mənəvi cəhətdən hələ özünü hazırlamalıdır.

Hazırda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına toxunan azərbaycanlı gimnast qeyd edib ki, finalda daha yaxşı çıxış etmək niyyətindədir:

“İki növdə - halqa və gürzlərlə çıxışda səhvlərə yol verdim. Lent və topla daha uğurlu çıxış etdim. Ümid edirəm ki, iki finalda daha yaxşı çıxış edəcəyəm və məşqçilərimin, bütün Azərbaycan yığma komandasının gözləntilərini doğruldacağam”.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti