...

Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəldi (YENİLƏNİB)

İdman Materials 23 İyul 2016 16:29 (UTC +04:00)
Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəlib.
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəldi (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlər üzrə finala yüksəlib.

Trend-in məlumatına görə, M.Durunda təsnifatda 18.500 bal toplayaraq 5-ci yeri tutub ki, bu da onun finala yüksəlməsini təmin edib.

Beləliklə, təmsilçimiz sabah iki finalda - topla və lentlə hərəkətlər üzrə finallarda çıxış edəcək. Gürzlərlə çıxışların nəticəsinə görə M.Durunda 17.000 balla 13-cü yeri tutub.

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü (FOTOLAR)

Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günü (FOTOLAR)

Digər azərbaycanlı gimnast Jalə Piriyeva isə lentlə hərəkətlərdə 17.350, gürzlərlə hərəkətlərdə isə 16.750 bal toplayaraq müvafiq olaraq 14 və 18-ci yerlərdə qərarlaşıb.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti