...

Marina Durunda zədələnsə də, yığmamız Fransada qızıl medal qazandı

İdman Materials 28 Mart 2017 10:52 (UTC +04:00)
Ötən həftəsonu bədii gimnastika üzrə yığma komandamızın əsas heyəti yeni Olimpiya dövrünün ilk böyük yarışına qatılıblar.
Marina Durunda zədələnsə də, yığmamız Fransada qızıl medal qazandı

Bakı. Trend:

Ötən həftəsonu bədii gimnastika üzrə yığma komandamızın əsas heyəti yeni Olimpiya dövrünün ilk böyük yarışına qatılıblar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 25-26 mart tarixlərində ənənəvi Qran-pri yarışlarında ölkəmizi təmsil etmək üçün Marina Durunda, həmçinin Ayşən Bayramova, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərinə yollanıb.

Turnirin ilk günü qrup komandamız çoxnövçülük yarışlarında çıxış edərək, yalnız son dünya çempionu (5 lent ilə) İtaliya komandasına cüzi xalla uduzub və ikinci yerə layiq görülüblər. Lakin qızlarımız bununla kifayətlənməyiblər. Onlar turnirin son günü parlaq çıxışları ilə yadda qalaraq, hər iki finalda qızıl medal əldə ediblər.

Yığmamızın lideri Marina Durunda turnirin başlamasına bir gün qalmış zədə alaraq, yarışlarda çıxış edə bilməyib. Onun məşqlərə nə zaman davam edəcəyi Bakıda keçəcəyi müayinələrin nəticələrindən asılı olacaq.

Qrup hərəkətləri komandamızı isə aprel ayının ilk həftəsi İtaliyanın Pesaro şəhərində baş tutacaq Dünya Kuboku mərhələsi gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti