...

Bakı-2017: Marina Durundadan gümüş medal

İdman Materials 14 May 2017 20:11 (UTC +04:00)
Marina Durunda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında gürzlərlə hərəkətlərin yekunu üzrə gümüş medal qazanıb.
Bakı-2017: Marina Durundadan gümüş medal

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın bədii gimnastı Marina Durunda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında gürzlərlə hərəkətlərin yekunu üzrə gümüş medal qazanıb.

Trend-in məlumatına görə, idmançımız finalda 16.550 bal toplayıb.

Bu proqramda qızıl medala Özbəkistan təmsilçisi Anastasiya Serdyukova (16.900 bal) sahib olub.

Digər özbək gimnast Sabina Taşkenbayeva isə üçüncü yeri (16.300 bal) tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti