Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycanın bədii gimnastı Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında lentlə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.
Trend-in məlumatına görə, M.Durunda finalda 15.450 bal toplayıb.
Gümüş medala digər gimnastımız Jalə Piriyeva yiyələnib - 15.450 bal. O, M.Durundadan yalnız əlavə göstəricilərə görə geridə qalıb.
Özbəkistan idmançısı Sabina Taşkenbayeva isə 14.950 balla çüncü olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.