...

ÇL: "Mançester Yunayted" pley-off mərhələsində son 7 oyundan yalnız birində qələbə qazanıb

İdman Materials 22 Fevral 2018 06:36 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib
ÇL: "Mançester Yunayted" pley-off mərhələsində son 7 oyundan yalnız birində qələbə qazanıb

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, İspaniyanın "Sevilya" klubu öz meydanında İngiltərə təmsilçisi "Mançester Yunaytedi" qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 0:0.

Beləliklə, İngiltərə klubu turnirin pley-off mərhələsində son 7 oyundan yalnız birində qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə məğlub olub.

Qeyd edək ki, bu cütün cavab qarşılaşması mart ayının 13-ü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti