...

Azərbaycanda ağır atletika üzrə yarışların 3-cü seçmə mərhələsi keçiriləcək

İdman Materials 27 İyun 2018 11:01 (UTC +04:00)
Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının 3-cü seçmə mərhələsi keçiriləcək
Azərbaycanda ağır atletika üzrə yarışların 3-cü seçmə mərhələsi keçiriləcək

Bakı. Trend:

7-15 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının 3-cü seçmə mərhələsi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyulun 7-8-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 11-12 iyul tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, iyulun 14-15-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti