...

Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır

İdman Materials 18 İyul 2018 11:38 (UTC +04:00)
Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır.
Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşır

Bakı. Trend:

Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandalarımız budəfəki təlim-məşq toplanışını Türkiyədə keçir. Bu məqsədlə hər üç güləş növü üzrə yığmamızın üzvləri İstanbuldadır.

Ayın əvvəlindən qonşu respublikaya yollanan yunan-Roma yığmamızın iştirak etdiyi təlim-məşq toplanışında Türkiyə ilə yanaşı, Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da hazırlıq keçir. Yığmamızın üzvləri 20-22 iyul tarixlərində İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Sərbəst və qadın güləşi üzrə yığmamızın üzvləri də ötən həftədən etibarən İstanbulda təlim-məşq toplanışına başlayıblar.

Sərbəst güləşçilərimiz Hindistan, Türkiyə, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə hazırlıq keçir.

Qadın güləşçilərin təlim-məşq toplanışında isə yığmamızla yanaşı, Türkiyə və Hindistan komandaları da iştirak edirlər.

Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti