...

Çudoçumuz Rüstəm Orucov Zaqrebdə bürünc medal qazanıb

İdman Materials 29 İyul 2018 03:18 (UTC +04:00)
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.
Çudoçumuz Rüstəm Orucov Zaqrebdə bürünc medal qazanıb

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

Trend-in Azərbaycan Cudo Federasiyasına istinadən verdiyi məlumata əsasən, 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti