...

Azərbaycan gimnastları Dünya Kuboklarının qalibləri oldular

İdman Materials 7 Oktyabr 2018 22:35 (UTC +04:00)
Bu gün, Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə sonuncu Dünya Kuboku öz işinə yekun vurub.
Azərbaycan gimnastları Dünya Kuboklarının qalibləri oldular

Bakı. Trend:

Bu gün, Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

Trend-in Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi məlumata əsasən, turnirin son günü il ərzində təşkil olunmuş bütün Dünya Kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib. Belə ki, Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa Çempionu Mixail Malkin nəticələrə əsasən bütün rəqiblərini üstələyərək, bu kuboka layiq görülüb.

Bununla yanaşı, batut gimnastikası üzrə sinxron proqramda da qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova bütün Dünya Kuboklarında topladıqları xal hesabına görə birinciliyi əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti