Bakı. Tural Turan - Trend:
"Real Madrid" futbol klubu komandanın baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib. Trend-in məlumatına görə, bask məşqçinin rəhbərliyi altında komanda 14 rəsmi oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub.
Baş məşqçi funksiyasını müvəqqəti olaraq “Kastilya”nın məşqçisi Santyaqo Solari yerinə yetirəcək.