...

"Qəbələ"də yeni baş məşqçi

İdman Materials 21 Yanvar 2019 19:19 (UTC +04:00)
“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.
"Qəbələ"də yeni baş məşqçi

Bakı. Trend:

“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Trend klubun saytına istinadən verdiyi məlumata görə, Famil Xəlilov Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. 2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb F.Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi.

Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. Sonuncu müxtəlif komandalarını çalışdırdığı futbol akademiyasından ayrılıb. E.İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti