...

Gənc gimnastımız Qazaxıstanda medal qazanıb

İdman Materials 10 İyun 2019 14:08 (UTC +04:00)
Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
Gənc gimnastımız Qazaxıstanda medal qazanıb

Bakı. Trend:

Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə, gənclər arasında ölkəmizi təmsil edən Nərmin Bayramova çoxnövçülük proqramında 63.050 xal toplayaraq, bürünc medal qazanıb.

Böyük gimnastlar arasında Yelizaveta Luzan çoxnövçülük proqramında 58.050 xalla turniri 4-cü, komanda yoldaşı Fatimə Əkpərova isə 55.850 xalla 6-cı yerdə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti