Bakı. Trend:
Türkiyənin "Alanyaspor" klubu yeni transferini açıqlayıb.
Trend-in məlumatına görə, Alanya təmsilçisi İtaliyanın "Empoli" klubundan ayrılan Salih Uçanı transfer edib. Türkiyə millisinin üzvüylə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Bucaspor", "Fənərbaxça", "Roma", "Sion" klublarında da çıxış edib.