...

Lionel Messi ilk 5 liqada ən pis oyunçu oldu

İdman Materials 30 Aprel 2022 05:43 (UTC +04:00)
Lionel Messi ilk 5 liqada ən pis oyunçu oldu

Bakı. Trend:

"Pari Sen Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi top 5 liqalarda təhlükəli vəziyyətlərin qollara çevrilməsinə görə ən pis oyunçudur.

Trend-in məlumatına görə, bu barədə "WhoScored" portalı xəbər verib.

L.Messi ölkə çempionatlarında cari mövsümdə ən azı 10 təhlükəli epizod yaradan 165 futbolçu arasında ən pis nəticəni göstərib. 34 yaşlı hücumçuda təhlükəli vəziyyətlərin qollara çevrilmə faizi 8,3 olub.

Argentinalı futbolçu Fransa çempionatında "PSJ"-in heyətində 23 oyun keçirib və bu oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti