...

Ronaldo yeni klubla müqavilə imzalaya bilər

İdman Materials 30 Noyabr 2022 16:02 (UTC +04:00)
Ronaldo yeni klubla müqavilə imzalaya bilər

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo tezliklə Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalaya bilər.

Trend xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Müqavilə iki il yarım üçün nəzərdə tutulacaq. Şərtlərə əsasən, 37 yaşlı futbolçu hər mövsüm üçün 200 milyon avro alacaq. Bu məbləğə əmək haqqı ilə yanaşı, reklam müqavilələrindən əldə edilən gəlir də daxildir.

Xatırladaq ki, noyabrın 22-də Ronaldo tərəflərin qarşılıqlı razılığı ilə İngiltərənin "Mançester Yunayted" klubu ilə müqaviləyə xitam verib. “Mançester Yunayted”də çıxış etdiyi hər iki dövrdə futbolçu üçqat İngiltərə çempionu, iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Ronaldo “Mançester Yunayted”in heyətində 346 matçda 145 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti