...

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçiriləcək (FOTO)

İdman Materials 7 Aprel 2023 17:58 (UTC +04:00)
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçiriləcək (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçiriləcək. Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirlə bağlı aprelin 7-də püşkatma mərasimi keçirilib.

Federasiyadan Trend-ə bildirilib ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, Azərbaycanın bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, eləcə də ölkəmizdə minifutbolun inkişafı və Beynəlxalq Minifutbol Turniri barədə fikirlərini bölüşüb, yarışda iştirak edəcək komandalara uğurlar arzu ediblər.

Həmçinin tədbirdə Ümummilli Lider Heydər Əliyevin idmana diqqət və qayğısından bəhs edən film nümayiş olunub.

Sonra turnirin püşkatması keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və AFFA-nın baş katibi Sərxan Hacıyev püşkatmada iştirak ediblər.

Turnir 1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcək. Yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Serbiya, Gürcüstan, Çexiya, İtaliya, Fransa və Cənubi Afrika Respublikasından 10 komanda mübarizə aparacaq. Turnirdə ölkəmizi minifutbol üzrə Azərbaycan millisi təmsil edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti