...

"Sevilya" UEFA Avropa Liqasının qalibi olub

İdman Materials 1 İyun 2023 02:36 (UTC +04:00)
"Sevilya" UEFA Avropa Liqasının qalibi olub

Bakı. Trend:

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Trend xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb.

Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.

Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti