...

Ölkəmizin qadın basketbolu tarixində bir ilk

İdman Materials 20 İyul 2023 18:58 (UTC +04:00)
Ölkəmizin qadın basketbolu tarixində bir ilk

Bakı. Trend:

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.

Trend Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, bu, ölkəmizin qadın basketbolu tarixində bir ilkdir.

Yığmamız Beynəlxalq Basketbol Federasiyasının (FIBA) bayrağı altında təşkil olunacaq qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti