...

Maks Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub

İdman Materials 8 Oktyabr 2023 23:38 (UTC +04:00)
Maks Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub

Bakı. Trend:

“Red Bull”un holland pilotu Maks Ferstappen 2023-cü il mövsümündə Formula 1 dünya çempionatının 17-ci mərhələsində - Qətər Qran-Prisində qalib gəlib.

Trend-in məlumatına görə, Lusail şəhərində reallaşan yarışda ikinci yeri avstraliyalı “McLaren”in pilotu Oskar Piastri tutub. İlk üçlüyü onun komanda yoldaşı britaniyalı Lando Norris tamamlayıb.

Növbəti mərhələ oktyabrın 20-dən 22-dək Ostində (ABŞ, Texas) keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti