...

"Bavariya" və "Real Madrid" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

İdman Materials 9 Noyabr 2023 02:05 (UTC +04:00)
"Bavariya" və "Real Madrid" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində İspaniyanın “Real Madrid” komandasısəfərdə Portuqaliyanın “Braqa” klubunu 3:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutub.

Qolları Brahim Diaz (27-ci dəqiqə), Vinisius (58) və Rodriqo (61) vurub. 6-cı dəqiqədə "Braqa"nın futbolçusu Alvaro Djalo penaltini yerinə yetirə bilməyib

C qrupunun digər oyununda isə İtaliyanın “Napoli” və Almaniyanın "Union" klubları 1:1 hesablı heç-heçə edib. "Real Madrid" 12 xal toplayıb və Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Qrupda ikinci yeri “Napoli” (7 xal), ikinci yeri “Braqa” (3) və “Union” (1) tutur.

A qrupunda Almaniyanın "Bavariya" klubu pley-offa vəsiqəni təmin edib. Qrup mərhələsinin dördüncü turunun matçında Türkiyənin “Qalatasaray” klubunu 2:1 hesabı ilə məğlub edən münhenlilər 12 xal toplayaraq, ən azı ikinci yeri təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti