...

Daha bir cüdoçumuz Qran-Pridə bürünc medal qazanıb

İdman Materials 27 Yanvar 2024 23:36 (UTC +04:00)
Daha bir cüdoçumuz Qran-Pridə bürünc medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb.

Trend-in məlumatına görə, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid Mollayi bürünc medal uğrunda görüşdə özbəkistanlı Nurbek Murtozoyevə qalib gəlib.

Yığmanın digər üzvləri Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kiloqram) isə turniri medalsız başa vurublar.

Qeyd edək ki, Qran-Pri turnirində bunadək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti