...

Asiya Kuboku: Qətər millisi 1/4 finala vəsiqə qazanıb

İdman Materials 29 Yanvar 2024 22:39 (UTC +04:00)
Asiya Kuboku: Qətər millisi 1/4 finala vəsiqə qazanıb

Bakı. Trend:

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, günün son oyununda Qətər millisi Fələstinlə üz-üzə gəlib.

Hesabı Fələstin seçməsi açsa da, Qətər yığması iki qol vuraraq 1/4 final mərhələsinə adını yazdırmağı bacarıb - 2:1.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan və İordaniya seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti