...

Qırmızı vərəqə matçın nəticəsinə təsir göstərdi - Juninyo

İdman Materials 15 Mart 2024 02:26 (UTC +04:00)
Qırmızı vərəqə matçın nəticəsinə təsir göstərdi - Juninyo
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İkinci qola görə, daha çox üzüldüm.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu CBC Sporta açıqlamasında “Qarabağ”ın hücumçusu Juninyo Olavio deyib.

Braziliyalı forvard "Bayer"ə 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib: “Maraqlı oyun alındı. “Bayer”in potensialına bələdik. Göstərdikləri oyuna görə, qələbəyə layiq idilər. Qırmızı vərəqə matçın nəticəsinə təsir göstərdi. Bu anda bir az bəxtsizlik oldu. Bütün futbolçular belə oyunlarda sonadək meydanda olmaq istəyirlər. Məndə yorulmuşdum və baş məşqçi məni əvəz etdi”.

Qeyd edək ki, Juninyo “Qarabağ”ın 2-ci qolunun müəllifi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti