...

Samsung şirkətindən yeni nəsil paltaryuyan maşını qazanın

İqtisadiyyat Materials 2 Noyabr 2016 13:33 (UTC +04:00)
Noyabr ayının 1-dən 12-dək “28 Mall” ticarət və əyləncə mərkəzinin qonaqları Samsung şirkətinin keçirdiyi hədiyyəli aksiyada iştirak edə bilərlər.
Samsung şirkətindən yeni nəsil paltaryuyan maşını qazanın

Bakı. Trend:

Noyabr ayının 1-dən 12-dək “28 Mall” ticarət və əyləncə mərkəzinin qonaqları Samsung şirkətinin keçirdiyi hədiyyəli aksiyada iştirak edə bilərlər.

Şərtlər çox sadədir: iştirakçılar Samsung-un yeni məhsuluna dair təxminlərini qeyd edərək, təqdim olunan sorğu anketini doldurur.

İştirakçıların cavablarının olduğu anketlər xüsusi qutuya toplanır. Aksiyanın sonunda qutudakı anketlər bölüşdürülür və hədiyyə oynanılmasında yalnız doğru cavabların olduğu anketlər iştirak edir.

Hədiyyələrin oynanılması və qaliblərin təntənəli mükafatlandırılması 12 noyabr tarixində “28 Mall” ticarət və əyləncə mərkəzində keçiriləcək. Doğru cavabı tapan iştirakçılar arasından təsadüfi olaraq üç qalib seçiləcək və onlar Samsung şirkətindən yeni nəsil paltaryuyan maşın (birinci yerin sahibinə), tozsoran (ikinci yerin sahibinə) və mikrodalğalı soba (üçüncü yerin sahibinə) hədiyyə qazanma şansı əldə edəcəklər.

Sizi “28 Mall”un birinci mərtəbəsində aksiyamızda gözləyirik!

Bütün iştirakçılara uğurlar arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti