...

"Kapital Bank" ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

İqtisadiyyat Materials 25 İyul 2017 11:00 (UTC +04:00)
"Kapital Bank" ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır.
"Kapital Bank" ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Bakı. Trend:

"Kapital Bank" “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır.

Bankdan Trend-ə verilən məlumata görə, layihə ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Layihə 31 iyul 2017-ci il tarixinədək davam edəcək.

“Təhsil avtobusu” adlı Yay Məktəbi Quba, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.

Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti