...

Qubanın Fətəli Xan küçəsində əsaslı təmir aparılıb (VİDEO/FOTO)

İqtisadiyyat Materials 8 Noyabr 2017 15:04 (UTC +04:00)
Quba şəhəri Fətəli Xan küçəsində təmir-tikinti işləri aparılıb.
Qubanın Fətəli Xan küçəsində əsaslı təmir aparılıb (VİDEO/FOTO)

Bakı. Trend:

Quba şəhəri Fətəli Xan küçəsində təmir-tikinti işləri aparılıb.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, küçənin uzunluğu 1.4 km, ortalama eni isə 10 metrdir.

Piyada səkilərinin eni isə 2-4 metr arası dəyişir. Aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Küçənin 13 min kv.m-dən çox hissəsinə yeni asfalt örtüyü döşənib.

Bundan başqa, vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkəti üçün mövcud piyada səkiləri də yenidən qurulub. Səkilərin üstünə bəzək daşları döşənib, kənarlarına isə 2700 paqon-metr yeni səki daşları düzülüb.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri bitəndən sonra küçəyə yolcizgi və yolgöstərici xətlər çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti