...

Samir Şərifov BVF və Dünya Bankının Seçki Qrupunun Toplantısında iştirak edir

İqtisadiyyat Materials 2 İyul 2018 10:04 (UTC +04:00)
İyulun 1-də Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb.
Samir Şərifov BVF və Dünya Bankının Seçki Qrupunun Toplantısında iştirak edir

Bakı. Trend:

İyulun 1-də Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Polşa Milli Bankının və Polşa Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və iyulun 2-dək davam edəcək Seçki Qrupunun Toplantısında Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edir.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla açıq interaktiv müzakirələr aparılacaq.

Toplantı çərçivəsində həmçinin, “Əlaqəli dünyada kapital axınının idarə edilməsi” və “Zirvəyə doğru: İnnovasiya, artım və dövlətin rolu” mövzusunda panel müzakirələrinin də keçirilməsi planlaşdırılır.

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti