...

Azərbaycanın tikinti materialları ilk dəfə beynəlxalq sərgiyə çıxarılıb (FOTO)

İqtisadiyyat Materials 4 Sentyabr 2018 16:24 (UTC +04:00)
Azərbaycan məhsulları “KazBuild 2018” sərgisində nümayiş olunur.
Azərbaycanın tikinti materialları ilk dəfə beynəlxalq sərgiyə çıxarılıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 4-də Qazaxıstanın Almatı şəhərində “Kazbuild 2018” inşaat və tikinti malları sərgisi açılıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın 14 şirkətinin istehsal etdiyi tikinti materialları nümayiş olunur.

Qeyd edək ki, bu sərgi Azərbaycanın tikinti materiallarının “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim olunduğu ilk beynəlxalq sərgidir.

Sərgi sentyabrın 6-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti