...

Yolsuzluq şəraiti üçün mükəmməl olan yeni Audi Q8 modeli (FOTO)

İqtisadiyyat Materials 17 Oktyabr 2018 18:19 (UTC +04:00)
Audi Bakı mərkəzi Q ailəsinin yeni üzvü - Audi Q8-i təqdim edib.
Yolsuzluq şəraiti üçün mükəmməl olan yeni Audi Q8 modeli (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Audi Bakı mərkəzi Q ailəsinin yeni üzvü - Audi Q8-i təqdim edib. Yolsuzluq şəraiti üçün mükəmməl olan Audi Q8 modeli Coupe-SUV seqmentində ən son yüksək texnoloji cihazlar ilə təchiz olunub.

Audi Q8 - dörd qapılı Coupe-nin şıqlığını və böyük, praktik SUV-un keyfiyyətlərini özündə birləşdirir.

Böyük 5 oturacaqlı cross-coupe, MLB EVO platformasında inşa edilib. Uzunluğu Q7-dən qısa olmasına baxmayaraq yeni modelin enliliyi üstün olduğundan daxildən daha genişdir.

V6 silindrli, birbaşa püskürməli, turbo hava soyutma və yüngül hibrid benzin mühərriki ilə təchiz olunan yeni Q8-in 100 km/saat sürət yığmasına 5,4 saniyə sərf olunur, maksimal sürət isə elektronikanın vasitəsilə 250 km/saat göstəricisi ilə məhdudlaşdırılıb. Sərfiyyat baxımından daha əlverişli olan yeni avtomobil, şəhər daxili 100 km məsafəyə cəmi 9,8 litr, şəhərdən kənar isə 9,4 litr yanacaq işlədir.

Krossover dartqını ön və arxa təkərlər arasında adi rejimdə 40:60 nisbətində paylaşdıran mexaniki oxlararası differensiala malik "quattro" daimi tam çəkili firma sistemini alıb. Zərurət yarandıqda sistem fırlanma momentini yol örtüyü ilə daha yaxşı təmasda olan təkərlərə yönəltməyə qadirdir.

"Audi Q8" standart olaraq tənzimlənən amortizatorlarla təchiz olunub. Opsiya qismində isə modeldə adaptiv pnevmoasqı var.

Standart təchizata habelə dəyişən ötürmə rəqəmli mütərəqqi sükan idarəetməsi də daxildir. Opsiya qismində isə parklama zamanı manevr imkanlarını yüksəldən və yüksək sürətlər zamanı avtomobilin idarəolunmasını yaxşılaşdıran tam idarə olunan şassini sifariş vermək olar.

"Audi Q8" avtomobilin müxtəlif funksiyalarını idarə etməyə imkan verən iki MMİ displeyi ilə təchiz olunub. "Audi phone box" qurğusu və LTE şəbəkəsi vasitəsilə səs ötürülməsi sistemi sayəsində yeni "Audi Q8" əla səviyyəli rabitə və səs təminatı verir.

Dizayna gəldikdə isə, Q8 modeli geridə qalan modellərdən daha zərif və gözəl görünüşə malikdir. Fərqli bamperlər, radiator barmaqlığı, yan ətəklər, hava çıxıntıları və 2 böyük qazburaxma borusu olan Q8 Rally yarışlarında iştirak edən avtomobilləri yada salır.

“”Audi Q8”ə artıq çox sayda sifarişlər qəbul olunub. Yeni krossover alıcılar arasında böyük maraq yaradıb. Bu modelin satışından yüksək gözləntilərimiz var”, - təqdimat mərasimində Audinin marketinq meneceri Xanım Orucova bildirib.

Yeni avtomobili almaq və yaxud test dravydan keçmək üçün audi.az saytına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti