...

Azər Türk Bank Bayraq günü münasibətilə yeni kampaniyaya başladı

İqtisadiyyat Materials 8 Noyabr 2018 10:48 (UTC +04:00)
Azər Türk Bank ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edir və bununla əlaqədar olaraq yeni kampaniyaya start verir.
Azər Türk Bank  Bayraq günü münasibətilə yeni kampaniyaya başladı

Bakı. Trend:

Azər Türk Bank ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edir və bununla əlaqədar olaraq yeni kampaniyaya start verir. Bu kampaniya ərzində Azər Türk Bankda 12 aydan artıq müddətə İstehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditlərinin illik faiz dərəcəsinə 3% həcmində endirim ediləcək.

Kreditin maksimal məbləği 20 000 AZN-dir. Qeyd edək ki, müştərinin əməkhaqqından asılı olaraq 10 000 manatadək yaxud məvacibinin üç misli həcmində kreditlər zaminsiz verilir.

Kampaniya 30 noyabr tarixinədək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti