...

Göyçayda iki kəndə təbii qaz verilib

İqtisadiyyat Materials 21 Dekabr 2018 15:50 (UTC +04:00)
Göyçay rayonunun Kürdşaban və Şəkili kəndlərinə təbii qaz verilib.
Göyçayda iki kəndə təbii qaz verilib

Bakı. Trend:

Göyçay rayonunun Kürdşaban və Şəkili kəndlərinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 332 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 38 321 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti