...

Türkiyədə aviareyslər təxirə salındı

İqtisadiyyat Materials 4 Yanvar 2019 13:14 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb
Türkiyədə aviareyslər təxirə salındı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Trend-in məlumatına görə, kəskin hava həm Atatürk, həm də Sabiha Gökçen hava limanlarında uçuşlara təsir edib.

Qeyd olunur ki, daxili reyslərdən İstanbul-Ərzurum, İstanbul-Giresun, İstanbul-Sinop və İstanbul-İzmir reysləri baş tutmayıb.

Bundan başqa, İstanbul-Saloniki və İstanbul-Koşitse beynəlxalq reysləri təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti