...

“AzerGold” QSC Mülki Müdafiə Günü münasibətilə maarifləndirici tədbir keçirib (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2019 15:52 (UTC +04:00)
“AzerGold” QSC Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Məqsədimiz - uşaqların müdafiəsidir!” mövzusunda maarifləndirici tədbir keçirib.
“AzerGold” QSC Mülki Müdafiə Günü münasibətilə maarifləndirici tədbir keçirib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Məqsədimiz - uşaqların müdafiəsidir!” mövzusunda maarifləndirici tədbir keçirib.

“AzerGold” QSC-dən Trend-ə verilən məlumata görə, tədbirdə QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov və şirkət əməkdaşları, Daşkəsən rayon icra hakimiyyətinin müavini və fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayev, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mülki müdafiə üzrə əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, Quşçu kənd icra nümayəndələri, bələdiyyə, məktəb direktorları və şagirdləri, FHN-nin Gəncə şəhər və Daşkəsən rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğın texnikaları və əməkdaşları, “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində yerləşən mülki müdafiə manqaları, podratçı və subpodratçı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə səsləndirilən çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açılıb, mülki müdafiə sahəsində hər bir vətəndaşın, o cümlədən uşaqların maarifləndirilməsinin vacibliyi vurğulanıb. Daha sonra tədbirdə konkret fövqəladə hallar imitasiya edilib və onlara qarşı görülməli olan tədbirlər əyani şəkildə nümayiş etdirilib. Tədbirin sonunda “AzerGold” QSC iştirakçılara tədbirdə iştiraka dair müvafiq sertifikatlar və hədiyyələr təqdim edib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatına 1993-cü ildə qoşulub. Son illər müharibə və təbii fəlakət qurbanları arasında uşaqların sayının artması səbəbi ilə təşkilat bu ilki Ümumdünya Mülki Müdafiə Gününü uşaqların təhlükəsizliyinə həsr edib.

Çovdar filiz emalı sahəsində maarifləndirici tədbir keçirməklə “AzərGold“ QSC uşaqların təhlükəsizliyinin təmin edilməsinə və fövqəladə hallara qarşı hazırlığın daha da yüksəlməsinə öz töhfəsini vermək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti