...

Azərbaycanla Pakistan arasında birbaşa aviareys açıla bilər

İqtisadiyyat Materials 27 May 2019 19:06 (UTC +04:00)
Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir.
Azərbaycanla Pakistan arasında birbaşa aviareys açıla bilər

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir.

Trend-in məlumatına görə, bunu Pakistanın mülki aviasiya naziri Qulam Sərvər Xan Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.

Görüş zamanı tərəflər aviasiya sahəsində münasibətlərin inkişafı barədə razılıq əldə ediblər.

Qeyd olunub ki, son illərdə Azərbaycana biznes və istirahət üçün gələn pakistanlıların sayında artım müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti