...

Dərman istehsalı üzrə Rusiya-Azərbaycan birgə müəssisəsi yaradılır - Səfir

İqtisadiyyat Materials 10 İyun 2019 15:18 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Rusiya və Azərbaycan yol xəritəsi çərçivəsində əczaçılıq sahəsində birgə müəssisələrin yaradılması üzrə birgə mexanizmlər hazırlayır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, hazırda birgə müəssisənin yaradılması üzrə işlər başa çatmaq üzrədir:

“Rusiyanın “RFarm” şirkətinin və Azərbaycan dərman istehsalı şirkətinin iştirakı ilə yaradılan müəssisə “Həyat Farm” adını daşıyacaq”.

Onun sözlərinə görə, birgə müəssisənin bu ilin sonunadək, və ya 2020-ci ilin əvvəlinədək yaradılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti