...

Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları qaldırılıb

İqtisadiyyat Materials 20 İyun 2019 09:55 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti