...

Dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir - Elşad Məmmədov

Nəzər nöqtəsi Materials 7 Yanvar 2020 18:16 (UTC +04:00)
Ötən il Azərbaycanda aparılan əsaslı islahatlar 2020-ci idə ölkənin özəl sektorunda əmək haqqının artmasına səbəb ola bilər.
Dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir - Elşad Məmmədov

Bakı. Samir Əli - Trend:

Ötən il Azərbaycanda aparılan əsaslı islahatlar 2020-ci ildə ölkənin özəl sektorunda əməkhaqqının artmasına səbəb ola bilər.

Bunu Trend-ə açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, ötən il aparılan islahatlar nəticəsində dövlət sektorunda çalışanların əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb: "Bu proses cari ildə özəl sektora da təsir etməlidir. Dünya təcrübəsi də, iqtisadiyyat elmi də onu deməyə əsas verir ki, ölkədə əməkhaqqının artım lokomotivi, təkanverici qüvvəsi dövlət sektorudur. Dövlət sektorunda əməkhaqqının artırılması sözsüz ki, özəl sektordakı artımlara da zəmin yaradır. Ona görə də düşünürəm ki, biz bu istiqamətdə müəyyən proseslərin şahidi olacağıq. Eyni zamanda, əməkhaqqı artımı prosesi ardıcıl şəkildə davam etdirilməlidir".

E.Məmmədov vurğulayıb ki, 2019-cu il Azərbaycanda ciddi dönüş ili oldu: "Dövlət sektorundakı misilsiz artım özəl sektora da artıq öz təsdirini göstərməlidir. Bu gün dövlət sektorunda əməkhaqlarında olan artım artıq özəl sektorla rəqabət qabiliyyətindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti