Xaçmazda KOB evinin açılışı olub (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Xaçmazda KOB evinin açılışı olub (ƏLAVƏ OLUNUB-2) (FOTO)

İlk xəbər saat 11:09-da yayımlanıb

Xaçmaz. Eldar Canaşvili - Trend:

Fevralın 7-də Xaçmazda ilk Kiçik və Orta Biznes Evi (KOB Evi) istifadəyə verilib. Bununla bağlı müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılmasının, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı kiçik və orta sahibkarlığın inkişafı, həmçinin orta müddətli dövrdə ÜDM-in əsas hissəsinin bu sektorun hesabına formalaşması, məşğulluğun təmin olunmasında payının artırılması kimi yeni hədəflər müəyyən edib. Xaçmazda KOB Evinin və KOB İnkişaf Mərkəzinin yaradılması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev KOB Evinin Xaçmazda və ətraf rayonlarda sahibkarların işini asanlaşdıracağını, kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdıracağını, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasında əhəmiyyətini qeyd edib.

Sonra təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Evinin biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalarına əsaslanan dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkan olduğunu diqqətə çatdırıb. Məlumat verilib ki, KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyaların alınması, maliyyə resurslarına çıxış, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək. Ümumilikdə, KOB Evində ilkin mərhələdə 200-ə yaxın “G2B” və 100-dək “B2B” xidmətlər təqdim olunacaq. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərəcək.

KOB İnkişaf Mərkəzi isə mikro, kiçik və orta sahibkarların biznes ideyalarının reallaşmasını çoxsaylı məsləhət və təlim xidmətləri ilə dəstəkləyəcəkdir.

Tədbirdə çıxış edən sahibkarlar KOB Evinin onların fəaliyyətində rolunu vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra KOB Evinin və KOBİA-nın fealiyyetine dair filmler nümayiş olunub.

Həmin gün Xaçmaz KOB Evində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə keçirilmiş iclasda Şuranın üzvləri - vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti iştirak ediblər.

İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2019-cu ildəki fəaliyyəti və 2020-ci ildə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, müzakirələr aparılıb.

Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Loading Bars
Xəbər lenti
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
40 şəhid ailəsi üzvü, 15 qazi "ASAN xidmət"də işlə təmin olunub
"YAŞAT" Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib
Gələn il Azərbaycan Ermənistana qarşı ətraf mühitə vurulmuş ziyan və enerji resurslarından qanunsuz istifadə ilə bağlı şikayət verəcək - XİN
Bütün xəbərlər