...

Tanrıverdi Mustafayev: Elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır

İqtisadiyyat Materials 18 Fevral 2020 10:39 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Enerji sektorunda maliyə intizamının gücləndirilməsi programı”nda enerji haqlarının yığılmasının 100 %-ə çatdırılması enerji təchizatı müəssisələrinə bir vəzifə olaraq tapşırıldığından həmin vəzifənin layiqincə yerinə yetirilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür.

Bu barədə Trend-ə məlumat verən ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranmışdır:

"Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə maneə olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır.

Bəzi istehlakçıların, xüsusən də Villa, MTK, Sənaye və İçtimai iaşə obyektləri, otel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların,xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumatlandırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti