...

Azərbaycan sığortaçılarının fəaliyyətində yeni rəqəmsal həllər

İqtisadiyyat Materials 28 May 2020 09:01 (UTC +04:00)
Şirkətin saytında onlayn formatda sığorta şəhadətnamələrini rəsmiləşdirmək imkanı ilə yanaşı biz yeni rəqəmsal sığorta məhsulları tətbiq edirik
Azərbaycan sığortaçılarının fəaliyyətində yeni rəqəmsal həllər

Bakı. Sədrəddin Ağcayev - Trend:

Şirkətin saytında onlayn formatda sığorta şəhadətnamələrini rəsmiləşdirmək imkanı ilə yanaşı, biz yeni rəqəmsal sığorta məhsulları tətbiq edirik.

Bunu Trend-ə “Atəşgah Sığorta” şirkətinin Biznesin inkişafı idarəsinin rəisi Cananə Ağayeva deyib.

Onun sözlərinə görə, şirkət 2020-ci ilin əvvəlindən elektron formatda yeni məhsulların tətbiqi sahəsində böyük uğurlar qazanıb. Belə ki, müştərilərə sığorta müqaviləsini evdən çıxmadan, bilavasitə saytdan rəsmiləşdirmək imkanı təqdim olunub.

C.Ağayeva qeyd edib ki, şirkət sığorta polislərinin onlayn satışını bir neçə il əvvəl işə salıb:

“Müştərilərimiz hələ də canlı ünsiyyətə üstünlük versə də, ildən-ilə onlayn satışlar artır, pandemiya dövründə isə bunun aktuallığı daha da çoxalıb. Son iki ay ərzində bazarda ümumilikdə azalma müşahidə olunsa da, onlayn rejimdə imzalanan sığorta müqavilələrinin sayı 10 faiz artıb. Bu, onu göstərir ki, müştərilər rəqəmsal formatda müqavilə bağlamağa hazırdır”.

O, həmçinin əlavə edib ki, könüllü tibbi sığorta çərçivəsində “Sphera Healthcare AZ” şirkəti ilə birgə “Salam, doktor!” teletibb layihəsi üzrə xidmətlər təqdim olunur. Müştərilər evdən çıxmadan audio və ya videozəng vasitəsilə terapevt, pediatr, hətta psixoloqa peşəkar məsləhət üçün müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti