...

İşğal altında olan ərazilərdən çəyirtkə və gəmiricilərin miqrasiyası fitosanitar vəziyyəti mürəkkəbləşdirən başlıca amillərdən olub - İnstitut

İqtisadiyyat Materials 12 Noyabr 2020 12:56 (UTC +04:00)
İşğal altında olan ərazilərdən çəyirtkə və gəmiricilərin miqrasiyası fitosanitar vəziyyəti mürəkkəbləşdirən başlıca amillərdən olub - İnstitut

Bakı. İlhamə İsabalayeva - Trend:

Son illər işğal altında olan ərazilərdən ölkə ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyası fitosanitar vəziyyəti mürəkkəbləşdirən başlıca amillərdən olub.

Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev və Gülnar Qəhrəmanova tərəfindən hazırlanan məqalədə qeyd edilir ki, Ermənistan ordusunun əsgərləri və orada məskunlaşan gəlmə əhali tərəfindən mütəmadi olaraq qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşub.

Müxtəlif vaxtlarda ermənilər işğal etdikləri ərazilərin geniş hissəsində (Xocavənd, Ağdam, Qubadlı, Zəngilan) yanğınlar törətmişdir. Qeyd edək ki, yanğınlar zamanı ətraf mühitə təxminən 300 milyon manat məbləğində ziyan dəyib. Yanğın nəticəsində torpağın üst qatı və bitki örtüyü, ərazidə olan qiymətli ağac və kollar məhv olmuşdur. Orada olan fauna və floradan əsər-əlamət qalmamış, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin və bitki örtüyünün tələf edilməsinə, atmosferin çirklənməsinə səbəb olmuşdur:

"Lakin törədilən yanğınların fəsadları bununla bitmir. Belə ki, təbii ekosistemlərin və aqrosenozların məhv edilməsi orada məskunlaşan zərərli orqanizmlərin qida bitkilərinin müxtəlifliyinin artmasına təkan verən amillərdəndir. Biçənəklərin və əkin sahələrinin yandırılması bir çox təhlükəli zərərvericilərin, xüsusən də ev siçanı, çöl siçanı, adi çöl siçanı, qırmızıquyruq qum siçanı, kiçik Asiya qum siçanı, boz siçan, boz siçovul və s. kimi siçanabənzər gəmiricilərin, Mərakeş çəyirtkəsi, Asiya çəyirtkəsi, İtaliya çəyirtkəsi kimi sürü halında köç edən zərərvericilərin kütləvi şəkildə sərhədboyu yaşayış ərazilərinə doğru yayılmasına və xüsusilə taxıl sahələrinin kütləvi məhvinə səbəb olmuşdur. Gəmiricilər kənd təsərrüfatına ziyan vurmaqla yanaşı, insanlara və kənd təsərrüfatı heyvanlarına da bir çox xəstəlikləri yoluxdurmuşdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti