...

Ukraynanın loukoster aviaşirkəti Gəncəyə uçuşlar həyata keçirəcək

İqtisadiyyat Materials 1 Sentyabr 2021 17:01 (UTC +04:00)
Ukraynanın loukoster aviaşirkəti Gəncəyə uçuşlar həyata keçirəcək

Bakı. Sədrəddin Ağcayev - Trend:

Ukraynanın Dövlət Aviasiya Xidməti "Bees Airline" loukoster aviaşirkətinə Azərbaycana müntəzəm uçuşlar həyata keçirməyə icazə verib.

Trend-in məlumatına görə, "Bees Airline" şirkəti oktyabrın 1-dən başlayaraq Odessa-Gəncə marşrutu ilə reyslər təşkil edəcək. Uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti həftədə iki dəfə Kiyev-Bakı-Kiyev marşrutu ilə uçuşlar həyata keçirir. Bundan başqa, "SkyUp" aviaşirkəti Lvov-Bakı-Lvov istiqamətində həftədə iki dəfə reyslər yerinə yetirir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti