...

Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb

İqtisadiyyat Materials 18 Oktyabr 2021 12:42 (UTC +04:00)
Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb

Bakı. Humay Ağacanova - Trend:

Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 469 mln. manat vəsait ödənilib.

Bildirilib ki, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,9% və ya 166,4 mln. manat çoxdur.

Qeyd olunan sosial təminat növləri üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti