...

Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər olunacaq

İqtisadiyyat Materials 10 Dekabr 2021 16:49 (UTC +04:00)
Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər olunacaq

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncamda qeyd olunub.

Sərəncamda həmçinin müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi də qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti